"Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il
22 oktyabr tarixli
1113-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Bələdiyyələrin
əraziləri və
torpaqları haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1113-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Bələdiyyələrin
əraziləri və
torpaqları haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişikliklər
və əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1113-IIIQD nömrəli
qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1113-IIIQD nömrəli
qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 4.