Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi
(2005-2010)" Azərbaycan Respublikasının yubiley
medalının, "Fövqəladə hallar
orqanlarında xidmətdə fərqlənməyə görə",
"Fövqəladə hallar orqanları
ilə səmərəli əməkdaşlığa görə"
və "Fövqəladə hallar
orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan
Respublikasının medallarının təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan
Respublikasının yubiley
medalının, "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə", "Fövqəladə
hallar orqanları ilə səmərəli əməkdaşlığa görə"
və "Fövqəladə
hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan
Respublikasının medallarının
təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il
22 oktyabr tarixli
1112-IIIQ nömrəli qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan
Respublikasının yubiley
medalının, "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə", "Fövqəladə
hallar orqanları ilə səmərəli əməkdaşlığa görə"
və "Fövqəladə
hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan
Respublikasının medallarının
təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində
"Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin 5 illiyi
(2005-2010)" Azərbaycan Respublikasının
yubiley medalının,
"Fövqəladə hallar
orqanlarında xidmətdə
fərqlənməyə görə",
"Fövqəladə hallar
orqanları ilə səmərəli əməkdaşlığa
görə" və
"Fövqəladə hallar
orqanlarında qüsursuz
xidmətə görə"
Azərbaycan Respublikasının
medallarının təsis
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. Azərbaycan
Respublikasının 2010-cu il
22 oktyabr tarixli
1112-IIIQ nömrəli qanunu
ilə təsdiq edilmiş "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" Azərbaycan
Respublikasının medalı
haqqında Əsasnamə"nin
4-cü bəndində və
"Fövqəladə hallar
orqanları ilə səmərəli əməkdaşlığa
görə" Azərbaycan
Respublikasının medalı
haqqında Əsasnamə"nin
2-ci bəndində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin 5 illiyi
(2005-2010)" Azərbaycan Respublikasının
yubiley medalı haqqında Əsasnamə"nin
2-ci bəndində və
"Fövqəladə hallar
orqanlarında qüsursuz
xidmətə görə"
Azərbaycan Respublikasının
medalı haqqında Əsasnamə"nin 4-cü bəndində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2010-cu il
Azərbaycan.-2010.-14 noyabr.-S.4.