Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında keçirilmiş
tədbir Dünya Fəlsəfə Gününə
həsr edilmişdir
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında YUNESKO tərəfindən
elan edilmiş Ümumdünya Fəlsəfə
Gününə həsr
olunmuş tədbir keçirilmişdir. Tədbirdə
YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur. Akademiyanın tədris işləri
üzrə prorektoru, professor Əlikram Abdullayev bu günün
yaranma tarixi, Fəlsəfə gününün
keçirilməsi ənənələri
barədə məlumat
vermiş və Akademiyada Ümumdünya Fəlsəfə Gününün
akademik Ramiz Mehdiyevin Azərbaycan dilində yenicə çapdan çıxmış
ali məktəblər üçün
"Fəlsəfə" dərs vəsaitinin təqdimatı ilə qeyd edildiyini bildirmişdir. Akademiyanın
Fəlsəfə və
sosial psixologiya kafedrasının müdiri,
professor Tofiq Rəsulov təqdimatı keçirilən kitab barədə məruzə
ilə çıxış
etmişdir. AMEA-nın müxbir üzvü,
professor Səlahəddin
Xəlilov, AMEA-nın
fəlsəfə, sosiologiya
və hüquq institutunun direktoru, professor İlham Məmmədzadə, tanınmış
filosoflar, professor Nurqələm Mikayılov,
professor İzzət Rüstəmov, dosent Məhəmməd Teymurzadə
və başqaları
kitab barədə öz fikirlərini bildirmişlər. Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin idarə rəisi, iqtisad elmlər namizədi İlham Mustafayev, həmin nazirliyin şöbə müdiri, professor Həbib Zərbəliyev müzakirələrdə
iştirak etmişlər
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 5.