Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan
Respublikasının yubiley medalı
haqqında Əsasnamə
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli qanunu ilə təsdiq
edilmişdir
1. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.
2. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
3. "Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi
(2005-2010)" Azərbaycan Respublikasının yubiley
medalı döşün sol
tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda
onlardan sonra
taxılır.
Azərbaycan.-2010.-14 noyabr.-S.4.