Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" Azərbaycan Respublikasının medalı
haqqında Əsasnamə
Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr
tarixli qanunu ilə təsdiq edilmişdir
1. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" Azərbaycan Respublikasının medalı ilə
Azərbaycan Respublikasının fövqəladə hallar
orqanlarının xüsusi rütbəsi olan əməkdaşları
aşağıdakılara görə təltif edilirlər:
1.1. Azərbaycan
Respublikasının fövqəladə hallar orqanlarında
xidmətdə xüsusi fərqlənməyə və səmərəli
fəaliyyətə görə;
1.2. Əhalinin və ərazilərin
fövqəladə hallardan qorunmasında və fövqəladə
halların nəticələrinin aradan
qaldırılmasında fəal iştiraka görə;
1.3. Azərbaycan
Respublikasının fövqəladə hallar
orqanlarının inkişafında göstərdiyi xüsusi
xidmətlərə görə.
2. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" Azərbaycan Respublikasının
medalının 3 dərəcəsi vardır:
2.1. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" 1-ci dərəcəli Azərbaycan
Respublikasının medalı Azərbaycan Respublikasının
fövqəladə hallar orqanlarında azı 20 il xidmət edən
şəxslərə;
2.2. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" 2-ci dərəcəli Azərbaycan
Respublikasının medalı Azərbaycan Respublikasının
fövqəladə hallar orqanlarında azı 15 il xidmət edən
şəxslərə;
2.3. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli Azərbaycan
Respublikasının medalı Azərbaycan Respublikasının
fövqəladə hallar orqanlarında azı 10 il xidmət edən
şəxslərə verilir.
3. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" 1-ci dərəcəli Azərbaycan
Respublikasının medalı ən yüksək dərəcəlidir.
4. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" Azərbaycan Respublikasının medalı ilə
Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının
əməkdaşları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təltif edilirlər.
5. "Fövqəladə
hallar orqanlarında xidmətdə fərqlənməyə
görə" Azərbaycan Respublikasının medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda
onlardan sonra taxılır.
Azərbaycan.-2010.-14 noyabr.-S.4.