Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa
görə" Azərbaycan Respublikasının medalı
haqqında Əsasnamə
Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr
tarixli qanunu ilə təsdiq edilmişdir
1. "Fövqəladə
hallar orqanları ilə səmərəli əməkdaşlığa görə"
Azərbaycan Respublikasının
medalı ilə aşağıdakı şəxslər
təltif edilirlər:
1.1. Azərbaycan
Respublikasının fövqəladə
hallar orqanları ilə səmərəli əməkdaşlığa görə
Azərbaycan Respublikasının
və xarici dövlətlərin dövlət
və qeyri-hökumət
təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;
1.2. fövqəladə halların
xəbərdar edilməsi
və nəticələrinin
aradan qaldırılması
işində göstərdikləri
köməyə görə
Azərbaycan Respublikasının
və xarici dövlətlərin vətəndaşları;
2. "Fövqəladə
hallar orqanları ilə səmərəli əməkdaşlığa görə"
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən
şəxslər Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təltif edilirlər.
3. "Fövqəladə
hallar orqanları ilə səmərəli əməkdaşlığa görə"
Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə, Azərbaycan
Respublikasının digər
orden və medalları olduqda onlardan sonra taxılır.
Azərbaycan.-2010.-14 noyabr.-S.4.