Azərbaycan
Respublikasının Vyetnam Sosialist
Respublikasında (Hanoy şəhərində)
səfirliyinin fəaliyyətinin təmin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasının Vyetnam
Sosialist Respublikasında
(Hanoy şəhərində)
səfirliyinin fəaliyyətinin
təmin edilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
Azərbaycan Respublikasının
Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) səfirliyinin
fəaliyyətinin təminatı
ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə
məsələlərini həll
etsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, Azərbaycan Respublikasının Vyetnam
Sosialist Respublikasında
(Hanoy şəhərində)
səfirliyinin strukturunu
və ştat cədvəlini təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr
2010-cu il
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 1.