Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliyinin strukturunuştat cədvəlini təsdiq etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 21 noyabr.- S. 1.