Səbail rayonunda
"YAP-ın yaradılmasının 18-ci ildönümü:
inkişafımızın dinamikası, yeni
perspektivlər" adlı tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının
yaradılmasının 18-ci ildönümü münasibətilə
partiyanın Səbail rayon təşkilatında "YAP-ın
yaradılmasının 18-ci
ildönümü: inkişafımızın dinamikası,
yeni perspektivlər" adlı tədbir keçirilmişdir.
Əvvəlcə
müasir müstəqil Azərbaycan dövlətinin və
YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla
anılmışdır.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiyanın ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışmış, ümummilli lider Heydər Əliyev fenomeninin böyüklüyündən, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir. Yeni Azərbaycan Partiyasının ölkənin ən güclü siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini ön plana çəkən Z.Qaralov ulu öndərin siyasi xəttinin, ideyalarının bu gün Prezident, YAP sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Məlumat verilmişdir ki, 118 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının 23 min nəfərə yaxın üzvü vardır. Onların 65 faizini qadınlar, 70 faizini gənclər təşkil edir. Son bir ildə 900 nəfər partiya sıralarına daxil olmuşdur. Bu rəqəmlər xalqımızın bu siyasi təşkilata inamının bariz nümunəsidir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın keçdiyi çətin və şərəfli yola nəzər salmış, öz ətrafında əsl vətənpərvər insanları birləşdirən partiyanın ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan bəhs etmişdir. Bildirilmişdir ki, 18 il bundan əvvəl YAP-ın yaranması müasir Azərbaycanın yeni tarixində ən mühüm hadisələrdən biridir. Bunu Azərbaycanın bugünü, əldə edilmiş böyük uğurlar, ölkəmizin partiya yarandığı dövrdəki və indiki vəziyyəti arasında yaranmış yerlə göy qədər fərq sübut edir. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarından qaynaqlanan, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz uğurlara imza atan Azərbaycanda YAP-a insanların böyük inamı vardır və bu, hələ uzun illər davam edəcəkdir. Bunu YAP-ın Azərbaycan tarixində heç bir siyasi təşkilatın əldə edə bilmədiyi uğurlara imza atması təsdiq edir.
Tədbirdə çıxış edənlər iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmış, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı fəal rolunu xüsusi qeyd etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 7.