Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu (Azərvaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹11, maddə 687; 2004-cü il, ¹7, maddə 505; 2006-cı il, ¹3, maddə 223) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə aşağıdakı əlavələr edilsin:

1. aşağıdakı məzmunda 38-1-ci maddə əlavə edilsin:

"Maddə 38-1 Konsul qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq hüququna malikdir.";

2. VII fəslin adında "dövlət rüsumu" sözlərindən sonra "və müvafiq inzibati xətalara görə inzibati cərimə" sözləri əlavə edilsin;

3. 56-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Xarici ölkədə törədilən müvafiq inzibati xətalara görə inzibati cərimə tətbiq edilir.";

4. 57-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"İnzibati cərimə konsulluğun yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.";

5. 59-cu maddədə "dövlət rüsumu" sözlərindən sonra "və müvafiq inzibati xətalara görə inzibati cərimə" sözləri əlavə edilsin.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, ¹8, maddə 463, ¹12, maddə 692; 2003-cü il, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12 maddə 973; 2005-ci il, ¹1 maddələr 5, 6, ¹2 maddə 61, ¹4 maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2, maddələr 64, 68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478, ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, ¹10, maddələr 884, 885, ¹11, maddələr 956, 957, ¹12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹2, maddələr 36, 45, 49, 52, 53, ¹5, maddələr 309, 315, ¹6, maddələr 404, 405, ¹7, maddələr 517, 518, 519, ¹8, maddə 611, ¹11, maddə, 878, ¹12, maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹2, maddələr 70, 71, ¹3, maddələr 167, 171, 178, ¹4, maddələr 275, 276, ¹5, maddə 379, 380, ¹6, maddə 483; Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli, 1014-IIIQD nömrəli, 18 iyun tarixli, 1034-IIIQD, 1037-IIIQD, 1038-IIIQD nömrəli, 22 iyun tarixli, 1045-IIIQD, 1047-IIIQD nömrəli qanunları) 25.3-25.6-cı maddələri müvafiq olaraq 25.4-25.7-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 25.3-cü maddə əlavə edilsin:

"25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il

 

Azərbaycan.-2010.-14 noyabr.-S.5.