İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidentini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar İran Prezidentinə gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mahmud Əhmədinejad və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 2.