Azərbaycan
ilə İran arasında enerji və nəqliyyat sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanmışdır
Noyabrın
17-də geniş tərkibdə danışıqlardan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın
iştirakı ilə Azərbaycanla İran arasında enerji və
nəqliyyat sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun imzalanma mərasimi olmuşdur.
"Azərbaycan
Respublikası Hökuməti və İran İslam
Respublikası Hökuməti arasında enerji və nəqliyyat
sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər
naziri Elmar Məmmədyarov və İran tərəfdən
xarici işlər naziri Mənuçehr Mottəki
imzaladılar.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 2.