Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Valdis Zatlersə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına sülh firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 3.