Omanın
Sultanı əlahəzrət Qabus bin Səidə
Əlahəzrət!
Ölkənizin
milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə
və Sizin simanızda bütün
xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Oman
münasibətləri, dostluq və əməkdaşlıq
əlaqələrimiz xalqlarımızın mənafelərinə
uyğun olaraq daim inkişaf edəcək
və genişlənəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə
möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 8 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 3.