"Gənc Alimlərin
I Respublika İnnovativ
İdeya Yarmarkası"
açılmışdır
Noyabrın 19-da Azərbaycan
Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin
birgə təşkilatçılığı
ilə Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası açılmışdır.
Gənclər və idman naziri
Azad Rəhimov Azərbaycanda
dövlət tərəfindən
elmin, təhsilin inkişafına, gənc alimlərin yetişdirilməsinə
göstərilən qayğıdan
danışmışdır. Bildirmişdir ki, gənclərimizin xaricdə təhsil almasına, elmi əsərlərinin nəşr
edilməsinə, beynəlxalq
elmi tədbirlərdə
iştirakına şərait
yaradılması bunun
bariz nümunəsidir.
Nazir vurğlamışdır ki,
gənclərin müasir
elm və texnikanın
inkişafında böyük
rol oynaması təqdirəlayiqdir.
Nazirin müavini İntiqam Babayev bildirmişdir ki, tədbirin məqsədi elmi gəncliyin imkanlarının
üzə çıxarılması,
maraqların gerçəkləşməsi
istiqamətində praktiki
yardım, elmi tədqiqatçıların aktivliyinin
və elmə marağın artırılması,
elmdə rəqabət
mühitinin formalaşması,
eləcə də elmi problemlərin ictimaiyyətin diqqətinə
çatdırılmasıdır.
Yarmarkada AMEA institutlarında, eləcə
də ölkəmizin
müvafiq təşkilatlarında
çalışan gənc
alim və tədqiqatçıların elmi
məqalə, tezis və məruzələri
təqdim olunacaqdır.
AMEA-nın
prezidenti akademik Mahmud Kərimov, Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, təhsil nazirinin müavini İradə Hüseynova və digərləri tədbirin
əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, yarmarkada gənc alim və tədqiqatçıların
iştirakı ilə
"Elm çətiri altında:
Gənc alim və tədqiqatçıların
innovativ inkişafı
üçün intellektual
potensialın stimullaşdırılması
və təkrar istehsalı", "Elmin
iqtisadi gücü: Gənc alim və tədqiqatçıların
yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları", "Yaşıl
çətir: Ekologiya
və qlobal iqlim dəyişiklikləri
və bu proseslərin Azərbaycanda
təzahürləri" mövzularında
konfranslar keçiriləcəkdir.
"Azərbaycanda biomüxtəlifliyin
qorunması və əkinəyararlı torpaqların
eroziyaya məruz qalmasının qarşısının
alınması yolları"
və "Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların
innovativ aktivliyinin artırılması - informasiya
mübadiləsi işinin
təşkili" mövzuları
əsasında seminarların
təşkili də nəzərdə tutulmuşdur.
Tədbirdə həmçinin "Bilik iqtisadiyyatına doğru!" - ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata
tətbiq imkanlarını
artırmaq məqsədi
ilə gənc alim və tədqiqatçılar
arasında I biznes planlar müsabiqəsi də keçiriləcəkdir.
Görkəmli alimlərdən
ibarət münsiflər
heyəti tərəfindən
yüksək intellekt və bacarıq nümayiş etdirən gənc alimlər qalib sayılıb mükafatlandırılacaqlar.
Beş gün davam edəcək tədbirin sonuncu günü gənc alimlərin "Ekoturu"
təşkil ediləcək
və iştirakçılar
Bakı şəhərinin
Qaradağ rayonundakı
palçıq vulkanlarını
görmək və açıq havada bu sahə üzrə
tədqiqat aparan gənc alimlərin təqdimatı ilə yaxından
AzərTAc
Azərbaycan.-
2010.- 20 noyabr.- S. 15.