Argentinada "La Revista Diplomatica PLACET" jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunmuşdur

 

Argentinada "La Revista Diplomatica PLACET" diplomatiya jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Argentinada diplomatik korpusun fəaliyyətinə, habelə xarici siyasət beynəlxalq əlaqələrə dair ispan dilində çap olunan jurnalın Azərbaycana həsr edilmiş nömrəsi bu ölkədəki səfirliyimizin redaksiya ilə əməkdaşlığının nəticəsində işıq üzü görmüşdür.

"AZERBAIYAN - una herencia rica, un presente prospero y un futuro brillante" (AZƏRBAYCAN - zəngin irs, çiçəklənən müasirlik parlaq gələcək) adlı xüsusi buraxılış xalqımızın ümummilli lideri Heydər Əliyev Prezident İlham Əliyev haqqında, Azərbaycana dair ümumi məlumatlar, ölkəmizin xarici siyasət prioritetləri, bu xüsusda Ermənistanın təcavüzü münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi, Azərbaycan iqtisadiyyatı, tariximizin müxtəlif mərhələləri, zəngin mədəni irsimiz, Heydər Əliyev Fondunun fəaliyyəti, vətənimizin turizm potensialı, idman sahəsinin vəziyyəti, milli mətbəximiz, habelə Azərbaycan haqqında bütün sahələr üzrə internet portallarının siyahısını əks etdirən rubrikalardan ibarətdir.

Nəfis tərtibata malik xüsusi buraxılışda aidiyyəti üzrə məlumatlardan, fotoşəkillər digər qrafiki materiallardan geniş istifadə edilmişdir.

Ölkəmiz haqqında əhatəli məlumatların nəşrində məqsəd geniş oxucu kütləsini Azərbaycan həqiqətləri ilə tanış etməkdən ibarətdir.

 

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 15.