Opera səhnələrinin bəzəyi "Karmen"

 

"Karmen"in musiqisi opera incəsənətinin xəlqilik rəmzidir. Bu operanın fraqmentləri - uvertüra habanera, Eskamilyonun kupletləri çoxlarının hələ uşaq yaşlarından sevərək zümzümə etdiyi musiqi parçalarıdır. Böyük fransız bəstəkarı Corc Bizenin ərsəyə gətirdiyi bu opera ilk dəfə 1875-ci il martın 3-də Parisin "Komik opera" teatrında tamaşaya qoyulmuş, lakin əsərin mövzusu, musiqisi burjua aristokratiyasının xoşuna gəlmişdi.

Operanın süjeti "qəbahətli" (baş qəhrəman tütün fabriki fəhləsi olduğu üçün), musiqisi həddindən artıq mürəkkəb ciddi sayılmışdı. Odur ki, mətbuat səhifələrində opera haqqında xoşagələn heç bir söz deyilməmişdi. Bundan sarsılan Corc Bizenin gecələr Paris küçələrində dərdini dağıtmaq üçün sərgərdan gəzməkdən savayı çarəsi qalmamışdı. Düşünmüşdü ki, var qüvvəsi ilə ərsəyə gətirdiyi əsərinə verilən qiymət böyük ədalətsizlikdir. Axı o, "Karmen"ə böyük ümid bəsləyirdi. Mətbuat səhifələrindəki rəylər isə onu ümidsizlik uçurumuna aparırdı. Gənc Bize xaç suyuna salınma mərasimində üç böyük sərkərdənin - Aleksandrın, Sezarın Leopoldun şərəfinə Aleksandr, Sezar Leopold adlandırılmasına baxmayaraq, xasiyyətcə süst əsəbi adam idi, həyəcanını asanlıqla büruzə verirdi. Sarsıntılara dözməyən Bize düz üç aydan sonra 2 iyun 1875-ci ildə dünyasını dəyişmişdi. Cəmi 36 yaşı vardı. Əgər bir neçə ay da səbri çatsaydı, sevimli operasının dünyanın ən böyük musiqili teatrlarında, xüsusən 1875-ci ilin oktyabr ayında Vyananın Opera Teatrında necə böyük uğur qazandığının şahidi olardı. Vyanada oynanılan əsərində onun yaxın dostu, bəstəkar Gironun redaksiyasında danışıq dialoqları reçitativlərlə əvəz olunmuş, 4-cü pərdəyə Bizenin "Pert gözəli" əsərindən "Ariyalı qız" pyesinə yazdığı musiqidən balet səhnələri daxil edilmişdi.

Həmin vaxtdan etibarən "Karmen" operası ən repertuarlı əsər kimi dünya opera səhnələrinin bəzəyi olaraq qalır. Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski yazmışdı: "Mən böyük inamla deyə bilərəm ki, "Karmen" musiqi dünyasının mütləq şedevri kimi seviləcəkdir. Bu əsər epoxamızın, az qala, ən böyük lirik-dramatik əsəridir". Bize yaradıcılığı üçün səciyyəvi olan melodiya zənginliyi, orkestrləşdirmə rəngarəngliyi, vokal partiyaların ürəyə yatımlılığı, xəlqiliyə həyat həqiqətlərinin təcəssümünə çağırış bu operada önəmli yer tutur. Bizenin ən böyük əsəri, 1874-cü ildə ispan yazıçısı P.Merimenin novellası əsasında yazdığı "Karmen" operası XIX əsrin opera realizminin zirvələrindən biridir, dünya mədəniyyətinə əvəzsiz töhfədir. Operanın musiqisi dramatik qüdrəti, melodik ifadəliliyi, harmoniya parlaqlığı, forma plastikliyi, orkestrləşdirmə şəffaflığı forma zənginliyi sayəsində dinləyici zövqünü dərindən oxşaya bilir. Bize musiqisinin funksionallığı operanın özünün məzmunu ilə çox da əlaqəli deyil. Operaya populyarlıq qazandıran onun dramaturgiyası yox, melodiya yükünün böyüklüyüdür. Operanın musiqisi ispan xalq rəqs xalq musiqi intonasiyaları ilə zəngindir. Vokal partiyalarının parlaqlığı operada koloritli orkestr müşayiəti ilə özünü göstərir. Hadisələrin inkişaf simfonikliyi forma bitkinliyi ilə uyarlıq təşkil edir.

Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı səhnəsində tamaşaya qoyulan bu operaya baxmağa gələnlər böyük məmnunluq hissləri keçirdilər. Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin baş dirijoru bədii rəhbəri, professor Andrey Anixanovun rəhbərlik etdiyi simfonik orkestrimiz tamaşaçıları Bize musiqisinin heyrətamiz melodiya aləminə apararaq onlarda xoş hisslər yaşatdı. Orkestr kollektivi dirijorun professionallıq səviyyəsindən bəhrələnərək ifaçılıq məharətini tam dolğunluğu ilə büruzə verə bildi. Dirijorun incə musiqi duyarlığı, jest ifadəliliyi, iradə möhkəmliyi orkestrantları ruhlandırdığından musiqi məqamları yerli-yerində ifa olundu.

Maestro A.Anixanov vokalçıların rahat oxumaları üçün onları müşayiət edərkən optimal variant seçirdi. Əsərin baş qəhrəmanı Karmen (Sankt-Peterburq Dövlət Akademik Mariya Opera Balet Teatrının solisti Regina Rüstəmova, metso soprano) qaçaqmalçıların başçısı, cəsarətli Karmen obrazını səs xüsusiyyətlərinə aktrisalıq məharətinə əsaslanmaqla uğurla canlandıra bildi. Yeri gəlmişkən, Azərbaycan qızı Regina Rüstəmova Danimarkanın, İsveçin, Finlandiyanın, Türkiyənin digər Avropa ölkələrinin opera teatrlarında qastrol çıxışları zamanı uğurlu ifaçılıq cəhətləri ilə böyük rəğbət qazanmışdır. O, Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsində oynadığı "Karmen" tamaşasındakı baş qəhrəmanın - Karmeninin "Segidliya"sını, "Habanera"sını digər musiqi nömrələrini qənaətbəxş oxumaqla özünün parlaq vokal xüsusiyyətlərini nümayiş etdirdi.

Respublikanın əməkdar artisti Həsən Enaminin don Xoze rolunda çıxışı da uğurlu alındı. O, Xozenin çətin ariyalarını qənaətbəxş oxumaqla opera solisti kimi getdikcə püxtələşdiyini nümayiş etdirdi.

Respublikanın əməkdar artisti Əvəz Abdullayev (lirik-dramatik bariton) toreador Eskamilyonun partiyasının öhdəsindən böyük diapazonlu səs xüsusiyyətləri sayəsində layiqincə gəldi. İndiyədək gördüyümüz toreadorların libasından fərqli olaraq, o, səhnəyə tamaşaçıların hüzuruna özünün gündəlik geyimində çıxır. Biz bunu solistin özünün tapıntısı kimi qiymətləndiririk. Sivil dünya teatrlarının tamaşalarında da toreadorun savaş paltarı gündəlik geyim libasından fərqlidir. Dünyanın təsdiq olunmuş variantlarından faydalanmaq günümüzün tələblərindən biridir.

Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı gənc istedadlı müğənni Fəridə Məmmədova Mikaela partiyasının öhdəsindən həm müğənni, həm dramatik aktrisa kimi layiqincə gələ bildi. Vokal çətinliyi çəkmədən çox rəvan xoşagələn tərzdə oxudu. Bu vokalçı xanımın digər rollarda da uğurla çıxış edəcəyinə inanırıq.

Respublikanın əməkdar artisti, vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin qran-pri mükafatçısı Əli Əsgərov möhtəşəm bas-bariton səsi ilə qarovul dəstəsinin başçısı Suniqanın partiyasını yaxşı oxusa da, kapitan Suniqanı tamaşaçılara hərbçiyə yaraşmayan yazıq görkəmdə təqdim etdiyinə görə obraz yaratmaqda çətinliklə üzləşməli oldu.

Respublikanın əməkdar artisti, lirik-dramatik soprano Gülnaz İsmayılova tamaşaçılara özünün digər partiyalarda uğurlu çıxışlarına görə yaxşı tanışdır. O, qaçaqmalçılar dəstəsinin üzvü kimi obraz yaratmaqda bir qədər çətinlik çəkirdi. Ona görə ki, hadisələrin dramatik inkişafı səhnəsində (3-cü pərdədə) rejissor işinin zəifliyi onun tərəf-müqabili metso soprano Səbinə Əsədovanın da yaddaqalan obraz yarada bilmələrinə əngəl törətdi. Onların kart açıb fala baxmalarının nəticəsi qabarıq görünmədi. Fraskita Mersedesin açdıqları kartların Karmenin ölümlə üzləşəcəyi "xəbərdarlığına" Karmenin heç bir reaksiya verməməsi anı özünün inandırıcı səhnə həllini tapmadı. Üçüncü pərdədəki dramatik hadisələrin inkişafında rejissor mizanlarının yoxluğu səbəbindən cəsarətli Eskamilyo tamaşaçılar qarşısında ötkəmliyini nümayiş etdirə bilmədi, qısqanclıq zəminində azğınlaşmış Xozenin hədələrindən qaçan qorxaq adam təsiri bağışladı, qaraçı qadınlar isə daha çox qumarbaz qadınlar kimi yadda qaldılar. Gənc ifaçı Azər Rzazadə Remendado rolunda onun qaçaqmalçılara xas olan spesifik cəhətlərini göstərməkdə çətinlik çəksə , vokal ifaçılığı ilə diqqəti çəkdi. Bizə elə gəlir ki, onun geniş diapazonlu lirik tenor səsi digər tamaşalarda növbəti uğurlu çıxışları üçün yararlı ola bilər.

Sadaladığımız qüsurlara baxmayaraq, "Karmen" operasının Bakı səhnəsində baş tutmuş axırıncı tamaşasının uğurla keçdiyini tamaşaya gəlmiş yerli opera fanatları kimi, diplomatik korpusun üzvlərinin məmnun qaldığını söyləmək olar. Odur ki, sivil dünyanın opera tamaşaları içərisində şedevr əsər kimi dəyərləndirilən "Karmen" operasının Milli Opera Balet Teatrında tərifəlayiq şəkildə tamaşası klassik musiqi ifaçılığı mədəniyyətimizin, o cümlədən böyük əmək sərf etmiş teatrın yaradıcı kollektivinin müvəffəqiyyəti hesab edilməlidir.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.-2010.-14 noyabr.-S.11.