Dövlət Neft Akademiyası Azərbaycanı
dünyaya tanıdan ali məktəbdir
Azərbaycan Dövlət
Neft Akademiyasının
90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Noyabrın 23-də Azərbaycan
Dövlət Neft Akademiyasının (ADNA) 90 illik
yubileyinə həsr olunmuş təntənəli
mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Avropa və Asiyada ilk neft-qaz
tədris müəssisəsi
olan ADNA 1920-ci ilin noyabrında yaradılmışdır.
Azərbaycan Dövlət
Neft Akademiyası fəaliyyəti dövründə
milli təhsilimizin inkişafında xüsusi
rol oynamışdır.
Bir çox ali məktəblər məhz Dövlət Neft Akademiyasının bazasında yaradılmışdır.
Bu gün ADNA-da 53 kafedra, 724 nəfərdən ibarət
professor-müəllim heyəti
fəaliyyət göstərir.
Bir neçə elmi institutu və 18 elmi-tədqiqat laboratoriyasını birləşdirən
ADNA-da 7539 tələbə
təhsil alır. Onlardan 593 nəfəri xarici ölkələrin vətəndaşıdır. İndi
bu təhsil ocağı 24 istiqamət
üzrə bakalavr və magistr pillələrində mütəxəssis
hazırlayır.
Bu ilin fevralında Prezident İlham Əliyev ölkəmizdə
neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə
təminatı istiqamətində
xidmətlərini nəzərə
alaraq, akademiyanın
90 illik yubileyinin yüksək səviyyədə
keçirilməsi ilə
bağlı sərəncam
imzalamışdır.
Prezident İlham Əliyev əvvəlcə
ümummilli lider Heydər Əliyev lektoriya zalı ilə tanış oldu. Burada xalqımızın
ümummilli liderinin həyat və fəaliyyətinin bütün
dövrləri əks
olunmuşdur. Müxtəlif vaxtlarda çəkilən
fotoşəkillər dahi
rəhbərin ölkəmizin
həyatının müxtəlif
sahələrinin tərəqqisi,
təhsilin, mədəniyyətin
və xüsusilə də neft sənayesinin
inkişafı ilə
bağlı həyata
keçirdiyi irimiqyaslı
işləri dolğun
təcəssüm etdirir.
Akademiyada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin
inkişafı ilə
bağlı həyata
keçirdikləri böyük
işləri əks etdirən fotoguşələr
də yaradılmışdır.
Prezident İlham Əliyev ADNA-nın tarix muzeyi ilə
də tanış oldu. Dövlətimizin başçısının diqqətinə
çatdırıldı ki,
muzeydə akademiyanın
yaradılması, inkişaf
dövrləri tam əhatə edilmişdir. Burada Azərbaycan neftinin tarixi, ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı hələ
XIX əsrdən bu yana görülən işlər, bir çox alimlərin Azərbaycanın neft sənayesi ilə bağlı apardığı
tədqiqatları əks
etdirən kitablar və sənədlər nümayiş etdirilir.
Akademiyanın həyatını,
burada təhsilin ilkin dövrlərini əks etdirən fotolar və sənədlər də muzeyə gələnlərdə
maraq doğurur. Muzeyin ən qiymətli eksponatları sırasında
xalqımızın ümummilli
lideri Heydər Əliyevin 1939-1941-ci illərdə
bu ali təhsil
ocağında oxuduğunu
əks etdirən sənədlər diqqəti
daha çox çəkir. Ümummilli
lider hər zaman bu ali
təhsil ocağının
inkişafını diqqətdə
saxlamışdır. Ulu öndər akademiyanın 60 və 80 illik yubileylərində iştirak etməklə bu ali təhsil
ocağına layiq olduğu qiyməti vermişdir.
Muzeydə müasir Azərbaycanın neft sənayesində görülən
işlər, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarını əks
etdirən fotolar da maraq doğurur.
Muzeylə tanışlıqdan
sonra dövlət və hökumət nümayəndələrinin, xaricdən
dəvət olunan qonaqların iştirakı
ilə akademiyanın
90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan.-
2010.- 24 noyabr.- S. 1.