Azərbaycan Prezidenti İlham Əliyevin

Portuqaliyaya səfəri başa çatmışdır

 

NATO-nun zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Portuqaliyaya səfəri noyabrın 21-də başa çatmışdır.

Lissabonun beynəlxalq hava limanında Azərbaycan Prezidentini Portuqaliyanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri yola saldılar.

* * *

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

AzərTAc

Azərbaycan.- 2010.- 23 noyabr.- S.1.