Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının

Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin

 başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

Azərbaycan.- 2010.- 23 noyabr.- S.1.