Nağıllı, nəğməli uşaq dünyası

 

Bəşəriyyəti xilas edəcək körpə gülüşünü nəğməyə, musiqiyə bənzədiblər. Bənzərsizliyi ilə yeni bir musiqi janrıdır körpə qığıltısı.

Lakin, təəssüf ki, dünyanın bütün qütblərində heç də həmişə bu nəğmə eşidilmir, onlar gah atılmışlar, gah valideynsizlər, gah da kimsəsizlər kimi ata-ana qayğısından uzaq düşürlər...

Uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasının təcəssümüdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişaf Proqramı"na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulmuş, əsaslı təmir edilmiş, ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu müəssisələrdə kimsəsiz uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılmışdır. Fondun təşəbbüsü ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi dayanır.

Yuxarıda adıçəkilən proqrama əsasən, Bakıdakı 1 saylı körpələr evifondun qayğısı ilə əhatə olunub. Körpələrin qayğıları ilə yaşayan bu ocaq müasir avadanlıqlarla təmin edilmişdir. Uşaqların maraq dünyası nəzərə alınaraq burada müxtəlif əyləncəli tədbirlər keçirilir. Bir sözlə, körpələr evindəki balacaların sağlamgümrah böyümələri üçün hər cür şərait yaradılıb...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2010.-14 noyabr.-S.13.