Azərbaycan-Misir əlaqələri
inkişaf edir
Noyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov İsgəndəriyyə kitabxanasının
direktoru, Misir senatoru İsmayıl Serageldini qəbul etmişdir.
Sədr qonağı səmimi salamlayaraq onu Milli Məclisdə
görməyindən məmnun
olduğunu bildirdi. Qeyd edildi ki,
bu gün ölkələrimiz arasında
dostluq əlaqələri
sürətlə inkişaf
edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla
Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqillik
əldə etdikdən
sonra bu əlaqələr keyfiyyətcə
yeni səviyyəyə
yüksəlmişdir. Xalqımızın
ümummilli lideri Heydər Əliyevlə Misir Prezidenti Hüsnü Mübarək
arasında dostluq münasibətləri əməkdaşlığımızın
inkişafı üçün
yaxşı zəmin yaratmışdır. Bu gün bu siyasət
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Sədr Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva ilə Misir Prezidentinin xanımı Syuzan Mübarəkin bir sıra humanitar sahələrdə əməkdaşlığının
ölkələrimizin tərəqqisinə
xidmət etdiyini vurğuladı. Bildirildi
ki, Azərbaycanın birinci xanımı İsgəndəriyyə kitabxanasının
Qəyyumlar Şurasının
fəxri üzvü seçilmişdir.
Ölkələrimiz arasında
bu günədək
48 sənəd imzalanmışdır.
Hər iki ölkə neft və qaz hasil
edən dövlətlər
kimi dünya enerji bazarının tənzimlənməsində mühüm
rol oynayır. İqtisadi münasibətlərimizin
dərinləşməsi üçün
geniş imkanlar mövcuddur.
Spiker qeyd etdi
ki, ölkələrimiz
arasında parlamentlər
səviyyəsində əməkdaşlıq
da çox əhəmiyyətlidir. Hər
iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət
göstərməsi təqdirəlayiqdir.
Deputatlarımız müxtəlif
beynəlxalq qurumlarda prinsipial məsələlərdə
eyni mövqedən çıxış edirlər.
Söhbətdə tarixi qədim
dövrlərə gedib
çıxan mədəni
əlaqələrimizin dinamik
inkişafından söz
açan Sədr Misirin İsgəndəriyyə
kitabxanası ilə Azərbaycan kitabxanaları
arasında yaranan əməkdaşlığın əhəmiyyətini yüksək
dəyərləndirdi. Qeyd edildi ki,
xalqımızın tarixi-mədəni,
elmi-estetik irsinin qorunub saxlanmasında, cəmiyyətimizin intellektual
potensialının yüksəlməsində
kitabxanalar əvəzsiz
rol oynayır. Bu gün müstəqil
Azərbaycanda 12 mindən
çox müxtəlif
tipli kitabxana fəaliyyət göstərir.
Ölkə rəhbərliyi
bu sahəni daim diqqət mərkəzində saxlayır.
Söhbətdə Milli Məclisin Sədri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin
həllində Misirin ölkəmizin mövqeyini
müdafiə etməsini
yüksək dəyərləndirdi.
Spiker Misir senatoru
İsmayıl Serageldinin
səfərinin ölkələrimiz
arasında əlaqələrin
inkişafına öz
müsbət təsirini
göstərəcəyinə inamını ifadə etdi.
Səmimi qəbul üçün minnətdarlığını
bildirən qonaq Azərbaycanda gördüyü
inkişafdan və səfər müddətində
keçirdiyi görüşlərdən
məmnun olduğunu söylədi. Qeyd edildi ki, Misir oxşar mədəniyyətə malik
Azərbaycanla həyatın
müxtəlif sahələrində
əməkdaşlığın inkişafına böyük
maraq göstərir. Ölkələrimiz arasında
siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə mövcud
olan əməkdaşlıq
yüksələn
xətlə inkişaf
etməkdədir. Ölkə
başçıları arasında
mövcud olan dostluq münasibətləri
dövlətlərarası əlaqələrə də
öz müsbət təsirini göstərir.
Bu gün Misirin
müxtəlif dövlət
qurumları ilə Azərbaycanın müvafiq
strukturları arasında
hər iki xalqın mənafeyinə xidmət edən əməkdaşlıq mövcuddur.
Biz gələcəkdə
də əlaqələrimizi
dərinləşdirmək niyyətindəyik.
Söhbətdə tərəfləri
maraqlandıran məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 3.