Almaniya Federativ
Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Fəxri
xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət etmişdir
Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Azərbaycan Respublikasına səfəri çərçivəsində noyabrın 23-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.
Sonra almaniyalı qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə gül dəstəsi qoymuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 4.