Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycana səfərə gəlmişdir

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Prezidentini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 6.