Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana
səfəri başa
çatmışdır
Bakı,
18 noyabr (AzərTAc). Noyabrın 18-də Rusiya Federasiyasının Prezidenti
Dmitri Medvedevin Azərbaycana
səfəri başa
çatmışdır.
Heydər
Əliyev Beynəlxalq Aeroportunda Rusiya Prezidentinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Dmitri Medvedevi Azərbaycanın Baş
nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər
yola saldılar.
Azrbaycan.-2010.- 19 noyabr.- S. 6.