Üçüncü Zirvə Görüşü Xəzəryanı dövlətlərin əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu

 

Bakıda əldə olunmuş razılaşmalar Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində mühüm rol oynayacaq

 

Bir neçə gün öncə Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Üçüncü Zirvə Görüşü keçirildi. Görüşdə bütün Xəzəryanı ölkələrin dövlət başçıları iştirak etdilər bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzunun göstəricisidir. Olduqca konstruktiv şəkildə keçən zirvə görüşünun yekunları ondan xəbər verdi ki, Xəzərin statusu Xəzər hövzəsində əməkdaşlıq Azərbaycan, Rusiya, Qazaxıstan, İran Türkmənistanın diqqət yetirdiyi mühüm məsələlərdən biridir.

Xatırladaq ki, Xəzərin statusu ilə bağlı vaxtilə keçmiş SSRİ ilə İran arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə, SSRİ ilə İran arasında Xəzər dənizində sərhəd Azərbaycanın Astara, Türkmənistanın Həsənqulu yaşayış məntəqələri xətti üzrə müəyyən edilmişdi. SSRİ öz daxili qaydalarına müvafiq olaraq Xəzər dənizinin ona aid olan ərazisini milli təsərrüfat işləri aparmaq digər məqsədlərlə 1970-ci ildə Rusiya, Qazaxıstan, Azərbaycan Türkmənistan olmaqla milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini müəyyən etmişdi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması Xəzər dənizindən yeni hüquqi müstəvidə istifadənin zəruriliyini meydana çıxardı. Beləliklə, Xəzər ətrafındakı respublikaların müstəqillik qazanmasından sonra Xəzər dənizinin yeni geosiyasi statusunun müəyyən edilməsi məsələsi gündəmə gəldi. Tezliklə Xəzər ətrafında olan hər bir dövlətin, o cümlədən digər beynəlxalq güclərin dənizin hüquqi statusunun müəyyən olunması ilə bağlı geosiyasi strategiyası, milli maraqları formalaşmağa başladı.

Təbii ki, Xəzər ətrafında olan beş dövlətin hər birinin maraqlarını ifadə etməklə yeni hüquqi statusun müəyyən edilməsi asan məsələ deyil. Artıq necə illərdir ki, Xəzəryanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mütəxəssislər, işçi qrupları dövlət rəsmiləri səviyyələrində ikitərəfli çoxtərəfli danışıqlar aparılır. Xüsusilə qeyd etmək lazımdır ki, bu danışıqlar ölkəmiz üçün heç rəvan keçməmişdir. Lakin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan Xəzərin statusu ilə bağlı müzakirələrdə beynəlxalq hüquq normalarına istinad edərək öz maraqlarını layiqincə ifadə edə bilmişdir. Belə ki, ötən illər ərzində aparılan ikitərəfli çoxtərəfli danışıqlardan sonra bəzi sahilyanı ölkələrin Xəzərin statusunun müəyyənləşməsi ilə bağlı mövqeyində xeyli proqressiv dəyişikliklər baş vermişdir. Siyasi analitiklərin fikrincə bu, Azərbaycanın məsələ ilə bağlı ortaya qoyduğu qətiyyətli mövqe, nümayiş etdirdiyi ciddi siyasi iradənin nəticəsində mümkün olmuşdur. Eyni zamanda, Azərbaycanın mövqeyinin digər dörd ölkənin ümumi maraqlarına uyğun gəlməsi baş verən pozitiv dəyişikliklərin əsas səbələrindən biridir. Azərbaycanin mövqeyi isə qeyd etdiyimiz kimi, beynəlxalq hüquq normalarına prinsiplərə əsaslanır.

Ümumilikdə götürdükdə, son zamanlar Xəzərin statusunun müəyyən olunması ilə bağlı məsələdə irəliləyiş var. Hüquqi status haqqında konvensiya layihəsi üzərində konstruktiv qaydada gedir. Tərəflər həmin sənədin bir çox müddəaları üzrə konsensus əldə ediblər.

Təbii ki, Xəzərin statusu məsələsi sahilyanı ölkələrin qarşılıqlı münasibətlərində çox mühüm əhəmiyyətli yerlərdən birini tutur. Xəzəryanı dövlət başçılarının Bakıda keçirilən Üçüncü Zirvə Görüşü isə göstərdi ki, Xəzərin statusunun hələ müəyyənləşməməsi sahilyanı ölkələrin qarşılıqlı əlaqələrinin dərinləşdirilməsi, mehriban qonşuluq dostluq münasibətlərinin daha da gücləndirilməsi ilə bağlı istək maraqlarına qətiyyən təsir göstərmir. Bununla bağlı Prezident İlham Əliyev deyib: "Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın bu istiqamətdə səylərimizi davam etdirəcəyik".

Dövlətimizin başçısı onu da qeyd etmişdir ki, hazırda Azərbaycan ilə Rusiya Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. Üç ölkənin öz arasında bu məsələləri həll etdiyini deyən Azərbaycan Prezidenti bildirmişdir ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər.

Zirvə görüşündə deyildiyi kimi, Xəzər dostluq əməkdaşlıq dənizidir, o, ölkələri ayırmır, əksinə, birləşdirir. Xüsusən, hər bir sahilyanı ölkə zəngin karbohidrogen ehtiyatlarına malik olduğundan enerji resursları, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq getdikcə dərinləşir. Bu istiqamətlərdə əməkdaşlığın perspektiv inkişafı üçün gözəl imkanlar var respublikamız bunun üçün özünün bütün imkanlarından istifadə edir.

Zirvə görüşündən sonra dövlət başçılarının imzaladığı Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş prezidentlərin birgə bəyanatı beş ölkənin Xəzər dənizini əhatə edən mehriban dostluq münasibətlərinin bariz təcəssümüdür. Xüsusən, Xəzərdə təhlükəsizliklə bağlı əldə olunmuş razılaşmalar Xəzəryanı ölkələr üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Çünki regionda sülh təhlükəsizlik hər bir ölkənin marağına uyğundur. Bu mənada təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş Xəzərdə sülh əmin-amanlığın qorunub saxlanılmasına xidmət edir. Öz milli maraqlarından çıxış edərək bu sazişi imzalayan Azərbaycan hər zaman Xəzər dənizində təhlükəsizliyə əmin-amanlığa böyük töhfələr verir. "Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir belə qalmalıdır. Biz dənizdə təhlükəsizlik tədbirlərini öz gücümüz hesabına təmin edirik. Hesab edirəm ki, Xəzəryanı ölkələrin bu sahədəki əməkdaşlığı yüksək qiymətə malikdir. Bizim müvafiq dövlət qurumları bir-biri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda sıx əlaqədə olaraq Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün səylərini göstərirlər" - deyə Prezident İlham Əliyev bildirmişdir.

Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının Üçüncü Zirvə Görüşü Xəzərin statusu ilə bağlı aparılan danışıqlarda ən əhəmiyyətli mərhələlərdən birini təşkil edir. Burada əldə olunmuş razılaşmalar gələcəkdə statusla bağlı məsələlərin həll edilməsi üçün əsas rolunu oynayacaq. Eyni zamanda, bu, zirvə görüşü Xəzəryanı dövlətlərin dostluğunun əməkdaşlığının inkişafında yeni mərhələnin əsasını qoydu Xəzəri sülh firavanlıq regionuna çevirmək üçün ölkələrin birgə əzmini daha da möhkəmləndirdi.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 5.