Ağcabədidə sosial-iqtisadi inkişaf daha geniş vüsət alır
Dinamik sosial-iqtisadi inkişaf yolunda uğurla irəliləyən
Azərbaycanın regionlarında
yaşanan tərəqqi
günü-gündən geniş
vüsət alır, keyfiyyətcə özünün
daha yüksək mərhələsinə qədəm
qoyur. Bu kontekstdə Ağcabədi
rayonu da özünün sürətli
inkişaf dövrünü
yaşamaqdadır. Cari
ilin ötən müddəti ərzində
rayonun sosial-iqtisadi inkişaf göstəriciləri
bunun real sübutudur.
Cari ilin ötən
üç rübü
ərzində Ağcabədidə
2017 yeni iş yeri açılmışdır
ki, bunun 840-ı daimi olmuşdur. Ümumi məhsul istehsalının həcmi
hesabat dövründə
ötən ilin 9 ayına nisbətən
2938,2 min manat çoxdur. O cümlədən,
bu göstərici sənayedə, kənd təsərrüfatında, tikintidə,
nəqliyyatda, rabitədə
və ticarətdə
öz dinamik inkişafını əsaslı
şəkildə göstərmişdir.
Rayonda əsas
kapitala investisiya qoyuluşu hər il artır.
2010-cu ilin ötən
müddəti üzrə
investisiya qoyuluşu
20946,6 min manat olmuşdur
ki, bu da
ötən ilin 9 ayına nisbətən
430,1 min manat çoxdur.
Əvvəlki dövrlərdə
olduğu kimi, bu il də Ağcabədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilmişdir. Şəhərin
Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə
prospekti, S.Vurğun, T.İsmayılov, Ə.Bünyatov,
H.Aslanov, Qarabağ küçələrində səki
yanlarına təbii əhəng daşından
5045 kvm ağ lay vurulmuş, 876 kvm yer səthinə dekorativ plitələr döşənmişdir.
Bu il rayonda taxıl biçini müvəffəqiyyətlə başa çatmışdır.
"Kənd təsərrüfatı
məhsulları istehsalçılarına
dövlət dəstəyi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamına uyğun
olaraq Nazirlər Kabinentinin "Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin
sahələrinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə
dövlət büdcəsinin
vəsaiti hesabına yardım verilməsi Qaydaları"na əsasən
Ağcabədidə hər
il olduğu kimi, bu ildə
1 iyun tarixinə qədər rayon üzrə
15129 nəfər istehsalçı
tərəfindən əkilmiş
54413,99 hektar kənd təsərrüfatı bitkilərinin
hər hektarına 40 manat hesabı ilə 2176,5 min manat vəsait verilmişdir. Prezident İlham Əliyevin göstərişi ilə
2006-cı ildən başlayaraq
respublikamızın digər
rayonlarında olduğu
kimi, Ağcabədidə
də ayrı-ayrı
ərazilərdə tədarük
edilmiş kənd təsərrüfatı məhsulları
Bakı şəhərinin
Xətai rayonu ərazisindəki yarmarkada
şənbə və
bazar günləri satışa çıxarılır.
Belə ki, 2010-cu ilin ötən müddəti ərzində
900,6 ton ət (mal-qoyun),
pendir, soğan, kələm və digər kənd təsərrüfatı məhsulları
satışa çıxarılmışdır.
2008-2015-ci illərdə
Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramına uyğun olaraq, rayonda əkin sahələrinin genişləndirilməsi, əkilməsi
mümkün olan örüş sahələrinin
dövriyyəyə cəlb
edilməsi ilə bağlı xeyli iş görülmüşdür.
Cari ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasda rayon icra hakimiyyətinin başçısı Şahin
Məmmədov rayonda təhsil, səhiyyə sahəsində görülən
işlər, yaşanan
inkişaf barədə
də ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rayonda idmanın
inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Ağcabədidə futbol,
voleybol, karate-do, taekvon-do,
kikboksinq, ağır atletika, atletika, şahmat, uşu-sanda, sayokan, daşqaldırma, cüdo, sambo və boks
idman növləri geniş yayılıb.
Respublikamızın iqtisadiyyatının
bütün sahələrində
müşahidə olunan
dinamik inkişaf, ölkə rəhbərliyinin
uğurla həyata keçirdiyi daxili və xarici siyasət, əhalinin həyat səviyyəsinin
gündən-günə yüksəlməsi,
maddi rifah halının yaxşılaşdırılması,
sığorta bazarının
inkişafı və eyni zamanda rayon əhalisinin sosial müdafiəsinə istiqamətlənən
sığorta təminatının
güclənməsi üçün
əlverişli şərait
yaratmışdır. Bu sahədə qəbul edilmiş qanunun tətbiqi və əlverişli iqtisadi mühit Azərbaycanın
bütün rayonlarında
sığorta işinin
beynəlxalq standartlara
uyğun təşkil
edilməsinə, əhalinin
sığorta təminatının
yaxşılaşdırılmasına imkan verir. Bu imkanlardan səmərəli
istifadə etməklə,
Dövlət Sığorta
Şirkətinin Ağcabədi
rayon filialı sığorta
işini inkişaf etdirmək və əhalinin sığorta marağını artırmaq
istiqamətində fəaliyyət
göstərməkdədir.
Kənd təsərrüfatı rayonu
kimi tanınan Ağcabədidə suvarma
drenaj şəbəkəsinin
bərpası, su itkisinin qarşısının
alınması və kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığının
artırılması məqsədi
ilə 2010-cu ilin ötən müddəti ərzində Ağcabədi
Suvarma Sistemləri İdarəsi tərəfindən
əsaslı tədbirlər
həyata keçirilmişdir. "Azərbaycan
Respublikasında meşələrin
bərpası və artırılmasına dair
Milli Proqram"ın icrası ilə əlaqədar Ağcabədi
Meşə Mühafizəsi
və Bərpası Müəssisəsi üzrə
2010-cu ilin 9 ayında
41 hektar sahədə yeni meşə əkinləri salınmışdır.
Rayonda aparılan yaşıllaşdırma
işində müəssisənin
kollektivi fəal iştirak etmiş, küçələrdə qəsəbə
və kəndlərin
yaşıllaşdırılması üçün 9 ayda 4
min ədəd ting yetişdirib
vermişdir.
2010-cu ilin ötən müddəti ərzində
Ağcabədi Yüksək
Gərginlikli Elektrik Şəbəkəsində hava
xəttinin, yarımstansiyaların
təmir qrafikinə əsasən bir sıra təmir və istismar işləri də yerinə yetirilmişdir.
Vətəndaşların problemləri
ilə yaxından tanış olmaq, onların həlli istiqamətində konkret addımlar atmaq məqsədilə rayon icra
hakimiyyəti başçısının
müvafiq sərəncamı
ilə təsdiq edilmiş qrafikə uyğun olaraq rayon icra hakimiyyyəti başçısı aparatında
hər həftənin
5-ci günləri və
ayda 4 dəfə olmaqla həftənin müəyyən edilmiş
günlərində yerlərdə
qəbullar keçirilir,
vətəndaşların təklif,
ərizə və şikayətlərinə qanunamüvafiq
qaydada baxılması,
onları narahat edən problemlərin öyrənilməsi və
həlli istiqamətlərində
operativ tədbirlər
görülür. Hesabat dövrü
ərzində isə keçirilən səyyar
qəbullar zamanı qaldırılan məsələlər
əsasən yerində
həll olunmuş, bəzi məsələlər
ilə əlaqədar
isə lazımi hüquqi izahat işi aparılmış,
düzgün istiqamət
verilmişdir.
Ağcabədililər həmişə olduğu
kimi, bu gün də əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən inkişaf strategiyasını, daxili və xarici siyasəti tam dəstəkləyirlər.
Lazım QULİYEV
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 6.