Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Komissiyaya daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən 5-i təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş və namizədlərin qeydə alınması barədə qərar qəbul edilmişdir. Dörd müraciətin araşdırma müddəti uzadılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməmişdir. Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, ATƏT-in Bakı ofisinin təmsilçiləri və KİV-lərin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 6.