Qədim Gəncə ərazisində aparılan
arxeoloji qazıntılar
yeni faktlar üzə çıxarır
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim
Gəncənin xarabalıqlarında
qazıntılar apararkən
burada şəhərin
antik dövrünə
aid xeyli bəzək məmulatları
və məişət
əşyaları aşkar
etmişlər.
Qazıntı işləri
zamanı üzə çıxan faktlar buranın ən qədim insan məskəni olduğunu sübut edir. Maral buynuzu formasında bəzək əşyaları,
üçayaqlı qablar,
antik çıraqlar,
küp və xeyli sayda saxsı
qablar qədim Gəncənin tarixi haqqında tutarlı fikir söyləməyə
əsas verir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı antik Gəncənin yerləşdiyi
ərazi də aşkar edilmişdir.
Müəyyənləşdirilmişdir ki, qədim şəhər İmamzadə
kompleksindən indiki şəhərə tərəf
Gəncə çayının
sağ sahilində yerləşmişdir.
İnstitutun şöbə
müdiri, arxeoloji ekspedisiyanın rəhbəri,
tarix elmləri doktoru Arif Məmmədov
demişdir ki, ərazidən tapılan
16 sikkə Makedoniyalı
İsgəndərin adına
kəsilmiş pulların
oxşarıdır. Bu
maddi sübutlar qədim Gəncənin antik dövrdə mövcud olduğunu bir daha təsdiqləyir.
Qeyd etmək lazımdır ki, ərazidən tapılan maddi-mədəniyyət nümunələri
əsasən torpağın
üst təbəqəsinin
materiallarıdır və
əldə edilən hər bir əşya
tədqiqat üçün
ekspertizaya təqdim olunur.
AzərTAc
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 6.