Yeni iş yerlərinin əksəriyyəti
qeyri-neft sektorunda
açılıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda
55983 yeni iş yeri açılıb. Onlardan
41032-si daimi iş yeridir.
Dövlət
Statistika Komitəsindən
aldığımız bu məlumatda daha sonra bildirilir
ki, 2009-cu il
yanvarın 1-dən cari il
oktyabrın 1-dək ölkədə 129596, o
cümlədən 95547 daimi iş yeri
açılıb. Daimi iş
yerlərinin 13,7 faizi yeni,
22,2 faizi mövcud, 0,8
faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda,
63,3 faizi isə fiziki
şəxslər tərəfindən yaradılıb.
Yeni iş yerlərinin
77,1 faizi regionların payına düşüb. Belə ki, onların 19,1 faizi Aran, 13,6 faizi Gəncə-Qazax, 7,2 faizi Quba-Xaçmaz, 7 faizi Lənkəran, 6 faizi Şəki-Zaqatala,
5,1 faizi Naxçıvan
iqtisadi rayonlarında açılıb. Cari ilin doqquz ayında
iş yerlərinin
90,6 faizi qeyri-dövlət
sektorunda, mütləq
əksəriyyəti isə
qeyri-neft sektorunda yaradılıb.
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 6.