Dünya azərbaycanlıları

Londonda toplaşır

 

Son illərdə xaricdə yaşayan azərbaycanlıların vahid amal, yekdil mövqe ətrafında səfərbər olması istiqamətində görülən işlər uğurlu nəticələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin diasporumuzun fəaliyyətinin daha da güclənməsi məqsədilə verdiyi tövsiyələr əməli işdə öz əksini tapır. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan, işləyən həmvətənlərimiz Azərbaycan Respublikasını yeganə vətənləri kimi qəbul edir, ölkəmizin həqiqətlərinin, xalqımızın haqq səsinin yayılması üçün fədakarlıqlar göstərirlər.

 

Azərbaycanın diaspor hərəkatının əsas təmsilçilərindən olan Dünya Azərbaycanlıları Konqresi son dövrlərdə fəaliyyətini daha da fəallaşdırmış, müxtəlif konfranslar, seminarlar, görüşlər keçirmişdir. DAK indi daha əlamətdar tədbirə hazırlaşır. DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Nadir Orucov əməkdaşımızla söhbətində bildirib ki, 2010-cu il dekabrın 10-13-ü Böyük Britaniyanın paytaxtı London şəhərində Dünya Azərbaycanlıları Konqresinin XI Qurultayı keçiriləcək.

Qurultayın gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, digər ölkələrdə yaşayan azərbaycanlıların problemləri, diaspor qurumlarının təşkilatlanması digər məsələlər salınıb. Nadir Orucovun sözlərinə görə, qurultayda ölkəmizdəki ictimai-siyasi durum barədə müzakirələr olacaq: "Biz qurultay nümayəndələrinə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə son illərdə qazanılan genişmiqyaslı yüksəliş barədə məlumat verəcəyik. Ümumiyyətlə, bu qurultayımızda qəbul edəcəyimiz qərarlarla Azərbaycan diasporunun fəaliyyətinə daha çox töhfə vermək niyyətindəyik. Qeyd edim ki, qurultaya Azərbaycandan 60-a yaxın ziyalı, həmçinin İrandan digər xarici ölkələrdən nümayəndələr dəvət olunub. Ölkəmizi qurultayda Azərbaycan Respublikasının Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyev, Milli Məclisin deputatları, DAK-ın Mədəniyyət İncəsənət mərkəzinin rəhbəri Ağalar Bayramov digər nüfuzlu şəxslər təmsil edəcəklər".

Xatırladaq ki, Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təsis olunub. Qurumun həmsədrləri Paşa Qəlbinur Məhəmmədrza Xeşti, fəxri sədri isə Qulamrza Səbri Təbrizidir.

 

Azərbaycan.- 2010.- 23 noyabr.- S.3.