Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbulda müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirmişdir

 

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi və Azərbaycanın İstanbuldakı baş konsulluğu İstanbuldakı Atatürk tələbə yataqxanasında müqəddəs Qurban bayramı münasibətilə qardaş ölkədə təhsil alan tələbələrimiz üçün tədbir keçirmişlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikinin mətni oxunmuşdur.

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov çıxış edərək fondun prezidenti Mehriban xanım Əliyevanın bayram təbriklərini tələbələrimizə çatdırmışdır.

Heydər Əliyev Fondunun Türkiyənin Ankara, İstanbul, İzmir, Bursa, Adana, Samsun, Əskişəhir, ÇanaqqalaKocaeli şəhərlərində Qurban bayramı tədbirləri təşkil etdiyini bildirən Samir Cəfərov tələbələrimizə uğurlar diləmiş, dövlətimizin qayğısı ilə təhsil alan gənclərin gələcəkdə Vətənimiz üçün faydalı olacağına inamını ifadə etmişdir.

Sonra tədbir bayram süfrəsi arxasında davam etmişdir. Tələbələrimizin milli musiqimizin sədaları altında etdikləri rəqslər tədbirə xoş ovqat qatmışdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 7.