AŞPA-nın Monitorinq komitəsində Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılmışdır

 

Noyabrın 16-da Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin yığıncağı keçirilmişdir. Komitə üzvləri gündəliyə çıxarılmış Bosniya Herseqovinada dövlət quruculuğunun inkişafı, noyabrın 28-də Moldovada keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti, Gürcüstanda Ukraynada son vaxtlar baş vermiş hadisələr, Gürcüstanla Rusiya arasında mövcud münasibətlər məsələlərini müzakirə etmişlər. Yığıncaqda noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərinin gedişini müşahidə etmiş ölkəmiz üzrə həmməruzəçilər Pedro Aqramuntun (İspaniya) Cozef Debano Qrexin (Malta) məlumatları dinlənilmişdir.

Pedro Aqramunt Azərbaycanda parlament seçkiləri bununla bağlı komitədə etdiyi çıxış barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində demişdir: “Noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə edən istər yerli, istərsə beynəlxalq missiyalara hər cür şərait yaradılmışdı. Müşahidə zamanı hər hansı bir problem ortaya çıxmamışdır. Seçkilər Avropa Şurası, ATƏT digər beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilmişdir.

Azərbaycandakı parlament seçkiləri Azərbaycan üzrə həmməruzəçilər daxil olmaqla, Avropa Şurasının 30 nəfərdən ibarət missiyası tərəfindən müşahidə olunmuşdur. Seçkilər zamanı hər hansı qanun pozuntusu qeyd olunmamış, seçkilər ədalətli, şəffaf keçmiş, narahatlıq doğuran problemə rast gəlinməmişdir. Bu isə öz növbəsində Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə yaxşı hazırlıq gördüyündən, bu sahədə öz işini təkmilləşdirdiyindən xəbər vermişdir. Seçki məntəqələri müasir avadanlıqla təchiz edilmiş, seçicilər arasında maarifləndirmə işləri aparılmışdır.

Bütün bunlarla yanaşı, Mərkəzi Seçki Komissiyası seçki sisteminin daha da təkmilləşdirilməsi istiqamətində bəzi işlər görməlidir.

2005-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə bu dəfə istər seçkilərə hazırlıq istiqamətində, istərsə onun gedişində böyük dönüş yarandığını görməmək mümkün deyildir. Seçkilərin yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçməsi üçün Mərkəzi Seçki Komissiyası xeyli görmüş, öz işində dönüş yarada bilmişdir. Ən əsası odur ki, seçkilər sakit şəraitdə keçmişdir. Əvvəlkindən fərqli olaraq, bu seçkidə ölkədəki bütün müxalifət partiyaları iştirak etmişlər. Bu isə özlüyündə yaxşı hal demokratiyanın inkişafı kimi dəyərləndirilməlidir.

Ümid edirik ki, Azərbaycanda gələcək seçkilər daha yüksək səviyyədə olacaqdır”.

 

 

Əsgər Əliyev

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 7.