AŞPA-nın
iclasında Azərbaycanda keçirilmiş
parlament seçkiləri müzakirə edilmişdir
Türkiyədə
Avropa Şurası Parlament
Assambleyasının növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycanda keçirilmiş
Milli Məclisə seçkilərlə
bağlı məsələlər müzakirə edilmişdir.
Seçkiləri
müşahidə edən beynəlxalq təşkilatların
nümayəndələri, bir sıra
dövlətlərin parlament üzvləri
Azərbaycanda keçirilən seçkilərlə
bağlı rəylərini bildirmişlər. Qeyd
olunmuşdur ki,
noyabrın 7-də baş tutan
seçkilər şəffaf və demokratikdir.
Səslərin hesablanması şəffaf şəkildə həyata
keçirilmiş, seçki
məntəqələrinə giriş azad olmuşdur.
Seçicilərin barmaqlarının mürəkkəblənməsi
düzgün şəkildə təşkil
olunmuşdur.
Seçkilərin təşkil edilməsində
Mərkəzi Seçki
Komissiyasının xüsusi rolu olduğunu bildirən qurumun sədri Mövlud Çavuşoğlu isə əlavə etmişdir ki,
müşahidəçilərin qənaətinə görə,
seçkiyə hazırlıq, Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq
seçki standartlarına və
demokratik seçkilər sahəsində
beynəlxalq öhdəliklərə tam uyğundur.
Azərbaycan.-2010.- 19
noyabr.-S.7.