Budapeştdə V beynəlxalq

elmi konfrans işə başlamışdır

 

Noyabrın 22-də Azərbaycanın Budapeştdəki səfirliyində "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" seriyasından V beynəlxalq elmi konfrans işə başlamışdır. İclasda Azərbaycan, Macarıstan, Ukrayna, Türkiyə Polşadan 50-dək alim iştirak edir. Konfrans Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Macarıstan Elmlər Akademiyasının (MEA) iştirakı ilə hər il təşkil olunur.

Konfrans iştirakçılarına təbrik nitqi ilə müraciət edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev demişdir: "Macarıstan Azərbaycan arasında məsafəyə baxmayaraq, iki xalq həmişə bir-birinə qarşı yaxınlıq doğmalıq hiss etmişdir. Artıq beşinci dəfə keçirilən illik elmi konfrans qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə növbəti töhfədir".

Sonra söz konfransın birinci gününün moderatorları - Avropa Folklor İnstitutunun direktoru Mixay Hoppala AMEA-nın Memarlıq İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadəyə verilmişdir. Onlar 2006-cı ildən etibarən Azərbaycanın Macarıstandakı səfirliyində keçirilən ötən konfranslar barədə qısa məlumat verərək bildirmişlər ki, məruzəçilərin sayının artması hər il təşkil olunan bu tədbirə elmi ictimaiyyətin marağının artdığını göstərir. Səfirin elmi forumun iştirakçılarına ünvanlanan təbrikinə qoşulan moderatorlar ümidvar olduqlarını bildirmişlər ki, konfransın işi səmərəli, çıxışlar isə maraqlı orijinal olacaqdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, Azərbaycan səfirliyinə rəmzi hədiyyə təqdim etmişdir.

Konfrans 4 gün davam edəcəkdir. Birinci gün etnologiya, arxeologiya folklor, ikinci gün ədəbiyyat dilçilik, üçüncü gün tarix etnologiya, dördüncü gün isə iqtisadiyyat hüquq məsələləri müzakirə ediləcəkdir.

 

AzərTAc

Azərbaycan.- 2010.- 23 noyabr.- S.7.