AZƏRBAYCANIN
BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA İRAN
PREZİDENTİNİN XANIMI ƏZƏM ƏS-SƏADƏT FƏRƏHİ
İLƏ GÖRÜŞMÜŞDÜR
Noyabrın
17-də Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə
olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət
Fərəhi ilə görüşmüşdür.
Qonağı salamlayan Mehriban xanım
Əliyeva Əzəm əs-Səadət Fərəhini Heydər Əliyev Fondunda görməkdən
şad olduğunu bildirdi.
Heydər Əliyev Fondu haqqında məlumat verən
Azərbaycanın
birinci xanımı
dedi ki, 2004-cü ilin may
ayında
ümummilli lider Heydər
Əliyevin xatirəsinə
ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək və
təbliğ etmək,
ümummilli liderin Azərbaycanın
sosial-iqtisadi, mədəni tərəqqisinə
yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır.
Bununla yanaşı, Fond
təhsil, səhiyyə, mədəniyyət, elm
sahələri ilə də bağlı genişmiqyaslı
layihələr həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti qonağın diqqətinə
çatdırdı ki, Fond
uşaq evləri və internat
məktəblərinin yenidən qurulması, maddi-texniki
bazasının yaxşılaşması, zəngin mədəniyyətimizin
öyrənilməsi, təbliği işlərində də
yaxından iştirak edir.
İran Prezidentinin xanımı
Əzəm əs-Səadət Fərəhi Azərbaycana səfərindən məmnun olduğunu söyləyərək, doğma münasibətə və qonaqpərvərliyə görə
Mehriban xanım
Əliyevaya təşəkkürünü bildirdi. Qonaq Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva ilə bu görüşün
gələcək görüşlərin
başlanğıcı olduğunu dedi. İran Prezidentinin xanımı Mehriban
Əliyevanı Tehrana dəvət etdi.
Azərbaycanın
birinci xanımı
dəvətə görə Əzəm əs-Səadət Fərəhiyə minnətdarlığını bildirdi.
Mehriban xanım
Əliyeva ölkəmizə səfəri
çərçivəsində
paytaxtımızla yaxından tanışlığın
Əzəm əs-Səadət Fərəhidə xoş təəssürat
yaradacağına ümidvar olduğunu söylədi.
AzərTAc
Azərbaycan.-2010.-19 noyabr.- S. 7.