Xaçmaz İdman Kompleksinin təməli qoyulmuşdur

 

Noyabrın 18-də Xaçmaz İdman Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xaçmaz Rayon İcra Nakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirak etmişlər. Təməlqoyma mərasimindən əvvəl Heydər Əliyevin abidəsinin önünə əklil qoymuşlar. Çıxış edən A.Rəhimov bu günün əhəmiyyətindən danışmış və 28 belə kompleksin istismara verildiyini, daha 11-nin isə inşa olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, kompleks qısa müddətdə tikilib istifadəyə veriləcəkdir. Baş plana əsasən kompleksdə üzgüçülük hovuzu, futbol stadionu, 1500 tamaşaçı tutumu olan yüngül konstruksiyalı tribuna, voleybolbasketbol meydançaları, 100 metrlik qaçış yolu, uzunluğa tullanma meydançası olacaqdır. Kompleksin ərazisində mehmanxana binası və 3 ədəd kottec binasının inşası da nəzərdə tutulmuşdur.

Xaçmaz İdman Kompleksi ölkəmizin başçısı İlham Əliyevin göstərişi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 yanvar tarixli Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 7.