İranda istehsal olunan avadanlıqla tanışlıq
Noyabrın 17-də Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun imzalanmasından
sonra Prezident Mahmud Əhmədinejad İranda
istehsal olunan sutəmizləyici qurğunu,
cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə
qabiliyyətini müəyyənləşdirən
cihazı Prezident İlham Əliyevə təqdim etdi.
İran Prezidenti dedi ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini
müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir.
Prezident Mahmud Əhmədinejad
nümayiş etdirilən
avadanlığın texniki-iqtisadi
göstəriciləri barədə
Prezident İlham Əliyevə məlumat verdi. O bildirdi
ki, bu avadanlıq
Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə
də ixrac edilir.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 2.