Azərbaycan ilə İran arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial vardır

 

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə qardaş ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulamışdır.

İran Prezidenti Mahmud Əhmədinejad Qurban bayramı günlərində qardaş Azərbaycanda olmağından məmnunluğunu bildirmişdir.

Görüşdə İran ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 5.