Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

 

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür. Görüşdə Azərbaycan-İran hökumətlərarası komissiyanın fəaliyyəti geniş müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.

Həmçinin görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 5.