Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclası keçirilmişdir

 

Noyabrın 23-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında "Bakutel-2010" sərgisi çərçivəsində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rabitə informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda RRB-yə üzv dövlətlərlə əməkdaşlığa böyük əhəmiyyət verildiyini vurğulamış, bu əlaqələrin respublikada informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına imkan yaratdığını qeyd etmişdir.

Beynəlxalq Elektrorabitə İttifaqı baş katibinin müavini Xoulin Çjao tədbirdə qəbul olunacaq qərarların əməkdaşlığın inkişafına möhkəmləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırmışdır.

Tədbirdə rabitə administrasiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqının forumlarına hazırlıq istiqamətində qarşılıqlı fəaliyyəti, informasiya texnologiyaları dövlət xidmətləri sistemlərinin inkişafı, RRB-nin daxili fəaliyyəti digər vacib məsələlərə baxılmışdır. RRB-yə daxil olan ölkələrdə peyk rabitəsinin inkişafı, rəqəmsal yayımın vəziyyəti, yeni elektron rabitə xidmətləri, poçt xidmətlərinin inkişafı bu sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

İclasda Rusiyanın Rabitə Kütləvi Kommunikasiyalar Nazirliyi ilə "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı arasında saziş, həmçinin RRB ilə Panafrika Poçt İttifaqı arasında poçt sahəsində 2011-2016-cı illəri əhatə edən əməkdaşlıq proqramı imzalanmışdır.

Sonda iştirakçılar Azərbaycan hökumətinə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 7.