Almaniyada Dünya Azərbaycanlı Gənclərinin I konqresinə hazırlıq işləri başa çatmaq üzrədir

 

Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərinin I konqresinə hazırlıq işləri başa çatmaq üzrədir.

Tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən birgə təşkil ediləcəkdir.

DİDK-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konqresdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, DİDK-in sədri Nazim İbrahimovun, gənclər və idman naziri Azad Rəhimovun, Milli Məclisin deputatlarının, Azərbaycanın Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təmsilçilərinin iştirakı nəzərdə tutulmuşdur. Konqresə dünyanın müxtəlif ölkələrindən 115 azərbaycanlı gənc, təxminən 40 diaspor təşkilatının rəhbərləri, KİV nümayəndələri qatılacaqlar. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin böyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə olunur. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.

Dünya Azərbaycanlı Gənclərinin I konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

İkigünlük tədbirin açılışı "The Westin Grand" hotelində olacaqdır. Konqresin işinin 4 paneldə qurulması nəzərdə tutulmuşdur. "Azərbaycan həqiqətlərinin təbliği diaspor quruculuğunda gəncliyin rolu" adlı ilk panelin aparıcısı Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov olacaqdır. Bu paneldə Türkiyə Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başqanı Sinan Oğan "Gəncliyin diaspor quruculuğu lobbiçilik fəaliyyətində rolu yeri", "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri", Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan gəncliyi", Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi", Amerika Azərbaycanlıları Şurasının prezidenti, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) Los-Anceles Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov "Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə gələcək perspektivlər" mövzularında məruzələr təqdim edəcəklər.

Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İskəndərovun aparacağı ikinci panel isə "Mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu" adlanacaqdır.

Bu paneldə TürkPA-nın baş katibi Ramil Həsənov "Gənc siyasətçilərin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında yeri rolu", Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təmsilçisi, Rusiya Gömrük Akademiyasının tələbəsi Fərid Həsənov "Azərbaycanın Avropaya inteqrasiyası prosesində ictimai dünyagörüşün uzlaşdırılması milli-mənəvi dəyərlərin qorunması problemlərinə müasir gəncliyin baxışı", "Vətəndaş cəmiyyətində debat" İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadə "Mədəniyyətlərarası dialoqun inkişafı, mədəni-etnik müxtəlifliyin təbliği problemləri müasir Azərbaycan gəncliyi", ABŞ-ın Kolumbiya İllinoys universitetlərinin məzunu, qloballaşma məsələləri üzrə ekspert Nicat Məmmədli "Azərbaycan qloballaşan dünyanın reallıqları - gənclərin gözü ilə" mövzusunda çıxış edəcəklər.

İkinci hissədə Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat veriləcəkdir.

Konqresin üçüncü paneli "Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası"na həsr olunacaqdır.

Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərovun aparıcılıq edəcəyi bu hissədə Azərbaycan Gənclərinin Avratlantika Təşkilatının sədri Ziya Qazıyev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər onların həlli yolları", Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev "Azərbaycanlı gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması sahəsində qarşıda duran vəzifələr", BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev "Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları kütləvi informasiya vasitələri ilə əlaqələri", Almaniyanın Höttingen Universitetinin doktorantı Vüsal Əliyev "Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı", Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev "Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolu" barədə çıxış edəcəklər.

"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlının aparıcılıq edəcəyi "İnsan hüquq azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində" adlı sonuncu paneldə isə "Xaricdə yaşayan azərbaycanlıların hüquq azadlıqlarının qorunması sahəsində gənclər təşkilatlarının rolu", "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində azərbaycanlıların məruz qaldıqları hüquq pozuntuları hallarının beynəlxalq məhkəmələrə çıxarılması perspektivi gənclər təşkilatının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi", "Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması inkişaf etdirilməsi perspektivləri" mövzularında məruzələr təqdim olunacaqdır. Bu məruzələrlə Xaricdə Təhsil Alan Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri Orxan Əkbərov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əməkdaşı Vüqar Fətəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gürcüstan Azərbaycanlıları Konqresi nəzdində Gənclər Təşkilatının sədr müavini, "Gürcüstan azərbaycanlıları" qəzetinin baş redaktoru Ramila Hüseynova çıxış edəcəklər.

Tədbirdə, həmçinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY - The Union of World Azerbaijani Youth) yaradılması ideyası müzakirə ediləcəkdir. Konqresin sonunda yekun sənədlər qəbul olunacaqdır.

 

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 9.