Dövlət İdarəçilik
Akademiyasında Avstriya
mədəniyyət günləri
ilə əlaqədar
görüş keçirilmişdir
Noyabrın
23-də Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) Avstriyanın
mədəniyyət günlərinin
keçirilməsi ilə
əlaqədar Avstriya
Respublikasının Azərbaycandakı
səfiri xanım Silvia Mayer-Kaybiç və sabiq səfir
Alfred Missonqla görüş olmuşdur.
DİA-dan AzərTAc-a bildirmişlər
ki, tədbiri giriş sözü ilə akademiyanın tədris işləri üzrə birinci prorektoru professor Əlikram Abdullayev açaraq tədbir iştirakçılarını salamlamış, ölkələrimiz
arasında siyasi, iqtisadi, mədəni, elmi sahədə münasibətlərin ilbəil
inkişaf etməsində
Prezident İlham
Əliyevin səylərindən
və xalqlarımız
arasındakı dostluq
əlaqələrinin əhəmiyyətindən
danışmışdır. Avstriyanın dövlət
qulluğu və kadrların idarə olunması sahəsində
böyük təcrübəyə
malik olduğunu bildirən Ə.Abdullayev bu sahədə iki ölkə arasında əlaqələrin
genişləndirilməsinin zəruri olduğunu vurğulamışdır.
Xanım Silvia Mayer-Kaybiç həyata keçirilən tədbiri
yüksək qiymətləndirmiş
və bunun ölkələrimiz arasında
elmi sahədə münasibətlərin gələcək
inkişafına öz
töhfəsini verəcəyinə
əminliyini bildirmişdir.
Eyni zamanda, o, iki ölkə
arasında əməkdaşlığın
gələcəkdə də
inkişaf etməsi üçün səfir kimi əlindən gələni edəcəyini
vurğulamışdır.
Sonda Alfred Missonq
səmimi dostluq şəraitində keçən
görüşə görə
akademiya rəhbərliyinə
və kollektivinə öz dərin minnətdarlığını bildirmişdir.
Azərbaycan.- 2010.- 24
noyabr.- S. 11.