Azərbaycan Belarusla mədəniyyət sahəsində əməkdaşlığı genişləndirəcəkdir

 

Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası Belarus Dövlət Akademik Musiqili Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

Premyerada iştirak etmək üçün mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Belarusda səfərdədir.

Nazir müavini "Belta"ya müsahibəsində bildirmişdir ki, Azərbaycan Belarusla mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Bu məqsədlə Belarusla birgə kinofilmlər çəkiləcək, teatr musiqi sənəti sahəsində geniş əməkdaşlıq əlaqələri qurulacaqdır. S.Məmmədəliyeva vurğulamışdır ki, Belarus səhnəsində "Arşın mal alan" tamaşası yerli aktyorlar tərəfindən böyük uğurla göstərilmişdir. Əgər teatr tamaşaya belə gözəl quruluş verə bilibsə, bu təcrübə nəzərə alınmalıdır. Tamaşanın Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş rejissoru Hafiz Quliyevin iştirakı ilə qoyulması da mədəni əməkdaşlıq üçün təqdirəlayiq haldır. Belarus Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Dekabrın əvvəllərində Bakıda keçiriləcək Mstislav Rostropoviç adına IV Beynəlxalq musiqi festivalında Belarus nümayəndələri iştirak edəcək. Nazir müavini daun sindromundan əziyyət çəkən uşaqların incəsənəti mənimsəməsi ilə bağlı Belarus, Azərbaycan Litvanın təşəbbüsü ilə həyata keçirilən layihənin əhəmiyyətini qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 11.