"Ümid" yatağı
Azərbaycanın neft-qaz
sənayesinin uğurlu
inkişafında mühüm
rol oynayacaqdır
Prezident İlham
Əliyev Xəzər
dənizində "Ümid"
qaz yatağının
açılması münasibətilə
Dövlət Neft Şirkətinin rəhbərliyi
ilə görüşmüşdür
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin prezidenti Rövnəq
ABDULLAYEV görüşdə çıxış edərək
dedi:
- Cənab
Prezident, neftçilərin
əməyinə verdiyiniz
qiymətə görə
çox sağ olun.
Siz, cənab Prezident, "Ümid" yatağının
işlənildiyi vaxtlarda
həmişə neftçilərlə
bərabər olmusunuz,
bizə dəstək vermisiniz. Bu gün xüsusi
gündür və fərəhlə Sizə məruzə edə bilərəm ki, dünyanı böhran bürüyən bir dövrdə bu işə Sizin
xeyir-duanızla, dəstəyinizlə
başladıq. Mütəxəssislərin
riskli saydığı,
çox mürəkkəb
hesab etdiyi bir yataqda - "Ümid" blokunda işə başladıq.
Qısa müddətdə
- iki il
ərzində artıq
nəticələr alındı.
İndi əminliklə deyirik ki, artıq Azərbaycanda böyük
qaz-kondensat yatağı
kəşf olunubdur.
Zati-aliləri, icazə verin neftçilərin adından
Sizə təşəkkürümüzü
bildirək, Sizi təbrik edək. Bu, Sizin
uğurunuzdur, cənab
Prezident! Sizin dəstəyiniz olmasaydı,
biz belə bir nəticələr əldə
edə bilməzdik.
* * *
ARDNŞ-in birinci
vitse-prezidenti Xoşbəxt
YUSİFZADƏ dövlətimizin başçısına Xəzərin
Azərbaycan sektorundakı
bir sıra təbii qaz yataqlarının texniki-iqtisadi
göstəriciləri haqqında
məlumat verdi.
Hələ sovetlər
dövründə Azərbaycan
neftçilərinin kəşf
etdikləri "Ümid"
yatağı barədə
danışan Xoşbəxt
Yusifzadə dedi:
- "Ümid" yatağı Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş
geofiziki işlər aparılmışdır. Sonra 1977-ci ildən 1992-ci ilədək
biz burada 9 quyu qazdıq. Bunların heç biri
bu horizonta gedib çatmadı, biz yatağı mənimsəyə
bilmədik.
Nəhayət, qərara gəldik ki, Sizin köməyinizlə,
xeyir-duanızla özümüz
burada quyu qazaq. Bir də ki, Dövlət Neft Şirkəti 1994-cü ildəki
şirkət deyildir.
İndi Dövlət Neft Şirkətinin maliyyə
vəsaiti də, texniki, texnoloji imkanları da vardır. Bununla belə, yeni
texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı
qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar.
Dünyada belə təcrübə
yoxdur. Platformadan quyuları yalnız
açılmış yatağın
sərhədlərini təyin
etmək üçün
qazırlar. Amma tamam
açılmamış yataqda
platformadan kəşfiyyat
quyusu qazmırlar.
Buradakı bütün quyular
"Xəzər" tipli
üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar
60-70 metr dərinlikdə
iş görə bilirlər.
Biz əvvəlcə fikirləşdik
ki, bəlkə üzən qazma qurğularından istifadə
edək. Sonradan hesabladıq ki,
platformadan qazsaq, ucuz olacaq, amma
təxminən 2 dəfə
baha alındı.
Ona görə bu platforma riskdir. Burada bizim ikinci böyük
bir işimiz oldu ki, bu
platformanı 6 quyu üçün layihələndirdik.
Bunun müsbət cəhəti
onda oldu ki, quyunu üzən
qazma qurğusundan qazandan sonra çıxıb gedirsən.
Amma burada platforma olduğu üçün
indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza
bilərik.
Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə
başa gəldi. Ancaq məqsədə
çatdıq, 5-ci horizontu
aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq
6-cı, 7-ci, 8-ci horizontlar da
vardır.
Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin
təhlilinin nəticələrinə
əsasən yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq. İndi qətiyyətlə
deyə bilərik ki, burada 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı
vardır. Hələlik bu quyudan əldə
olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir.
İndi qarşımızda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Birinci quyunu qazarkən
müəyyən təcrübə
toplamışıq. Burada ikinci
quyunu qazmaq, əlbəttə, bizim üçün asan olacaqdır. Mütəxəssislərimiz birinci quyuda
bir dərs keçdilər. Çünki təcrübəmizdə belə
bir hadisə yox idi. İndi bu quyudan aldığımız
nəticə bizə nəyi vəd edir? Mən çox danışmaq
istəmirəm, hörmətli
Prezident. Əvvəla, biz bu sahədə kəşfiyyat işlərini
davam etdirməli, o biri quyuları da qazmalıyıq.
Amma ən vacib məsələlərdən
biri də budur: bu quyunun
perspektivli olması sübut edir ki, buradakı "Babək" yatağı
"Ümid"dən iki
dəfə böyükdür.
"Ümid"də yaxşı nəticə almağımız o deməkdir
ki, "Babək"in
perspektivliliyi iki dəfə artıqdır.
Ona görə ki, bu strukturda "Babək" aşağıda
yerləşdiyi üçün
onun ehtiyatı 2 dəfə çoxdur.
Yəni, "Ümid"də
ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi "Ümid" yatağında bizim bir quyumuz vardır.
Bu quyu dənizdə
suyun dərinliyi 170 metr olan sahədə
qazılmışdır. İnşallah, həmin quyunu istismara verəndən sonra Sizin köməyinizlə
işlərimizi davam etdirərik. Hesab edirəm ki,
yaxşı nəticələrə
nail olsaq, həm təcrübəmiz artacaq,
həm də "Babək"də də işləri özümüz
görəcəyik.
Ümumiyyətlə, əldə
olunmuş nəticələrə
əsasən əminliklə
deyə bilərəm
ki, əgər bizim 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatımız varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatımız olacaqdır.
***
Prezident İlham
ƏLİYEV görüşə yekun vuraraq dedi:
- Maraqlı
təqdimata görə
çox sağ
olun. Mən də tam razıyam
ki, bundan sonra "Babək" yatağını da özümüz işləməliyik.
Yadımdadır ki, əslində
onlar bir yerdə idi - "Ümid"-"Babək".
Xarici şirkətlərin də
bu yataqlara marağı çox böyük idi. Çox yaxşı ki, biz bu yataqları saxlamışıq və
indi bütün işləri özümüz
görürük. Əlbəttə ki, "Babək" yatağında da bütün işləri özümüz görməliyik.
Siz dediyiniz kimi, həm təcrübə toplamışıq, həm
də artıq böyük ehtimalla, demək olar ki, orada da
kəşfiyyat olacaqdır.
Yəni bunu indidən deyə bilərik ki, o dəqiqdir. Ona görə "Ümid"
yatağının açılması
əslində çox
böyük qaz yataqlarının açılmasına
gətirib çıxarır.
Bu gün tarixdə Dövlət Neft Şirkətinin böyük
kəşfiyyat günü
kimi qalacaqdır. Ümid edirəm
ki, yaxın zamanlarda bütün başqa işlər də başa çatacaq və oradan biz ilkin qazı alacağıq.
Hər halda bu, bir
neçə ildən
sonra olacaqdır.
Ancaq artıq dəqiq bilirik ki, "Ümid" yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini verəcəkdir.
Bir də demək istəyirəm ki, Avropa və dünya qaz bazarlarında rolumuz artacaqdır.
Azərbaycan həm neft, həm qaz, həm
də bütün başqa sahələrdə
daha da inkişaf
edəcəkdir. Ölkəmizin qarşısında perspektivlər çox ürəkaçandır və
biz gələcəyə çox
böyük nikbinliklə
baxırıq. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda
neft-qaz sənayesində
belə gözəl işlər görülür.
Azərbaycan neftçiləri həmişə olduğu
kimi, ölkənin inkişafına ən dəyərli töhfələrini
verirlər.
Mən çox şadam ki, "Ümid" yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Azərbaycan dünya neft sənayesinə o qədər töhfə verib ki... Çox böyük töhfələr vermişik. İkinci Dünya müharibəsində Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir. Bir daha sizi təbrik edirəm.
AzərTAc
Azərbaycan.- 2010.- 25 noyabr.- S.2.