"Azərbaycan Respublikasında
2011-ci il üçün
yaşayış minimumu haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasında 2011-ci il
üçün yaşayış
minimumu haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1095-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikasında
2011-ci il üçün
yaşayış minimumu
haqqında" Azərbaycan
Respublikasının 2010-cu il
22 oktyabr tarixli
1095-IIIQ nömrəli Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan
Respublikasında 2011-ci il
üçün yaşayış
minimumu haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1095-IIIQ nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 noyabr 2010-cu il
Azərbaycan.-2010.-25 noyabr.-S1.