Azərbaycan Respublikasında
2011-ci il üçün
ehtiyac meyarının həddi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində təsdiq edilsin.
II. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il
Azərbaycan.- 2010.- 25 noyabr.- S.1.