"Azərbaycan Respublikasında
2011-ci il üçün
ehtiyac meyarının həddi
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1096-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1096-IIIQ nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1096-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 25 noyabr.- S.1.