Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 17
noyabr tarixli 2504 nömrəli Sərəncamı
ilə Bakı şəhərində yaradılmış
Dövlət Bayrağı
Meydanı ölkəmizin
qüdrətini, xalqımızın
dövlət atributlarına
ehtiramını təcəssüm
etdirir.
Eyni zamanda, paytaxtın simvollarından birinə çevrilən Dövlət
Bayrağı Meydanının
fəaliyyəti mürəkkəb
mühəndis-texniki konstruksiyaların
istismarı ilə bağlıdır.
Göstərilənləri, habelə
Bakı şəhərindəki
Dövlət Bayrağı
Meydanı Kompleksinin Azərbaycanın ictimai və siyasi həyatında xüsusi əhəmiyyətini nəzərə
alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılsın.
2. Müəyyən edilsin ki, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksi ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin;
3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.7. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 25 noyabr.- S.2.