"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında\" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə uyğun olaraq axtaranların işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramında işsizlik müavinətinin ödənilməsi üçün vəsaitin məbləğlərini Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə nəzərdə tutsun;

1.2. gəlir xərc smetaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2011-ci il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsini nəzərdə tutsun;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Fondun 2011-ci il büdcəsinin gəlirlərinin xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla təsdiq etsin.

4. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2011-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində təsdiqində nəzərə alsınlar.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2010-cu il

 

Azərbayvan.- 2010.-26 noyabr.- S.7.